Video Animasiyalar

Şirkətinizin müştərilər arasında daha populyar olmasını istəyirsiniz? Belə isə, ilk növbədə onun reklamı haqqında düşünməlisiniz, çünki yalnız bu halda daha çox sayda potensial müştərini cəlb edə bilərsiniz. Reklam növləri arasında animasiyalı video çarxlar istehlakçılar arasında çox populyardır.

Bu reklam növü digər reklam növləri ilə nisbətdə qiymət baxımından daha münasibdir. Animasiyalı reklam sifarişçinin bütün istək və fikirlərinə uyğun olaraq hazırlanacaq ki, bu da müştərilərinizi daha çox cəlb etmək üçün uyğun olacaq və məhsullarınız onlara yüksək keyfiyyətdə və effektiv üsulla təqdim olunacaqdır.

Bununla da, Siz "Animasiyalı Reklamlar"-ın hazırlanması vasitəsi ilə istənilən məhsul və xidmət haqqında məlumatı müştərilərinizə asanlıqla çatdıra biləcəksiniz və eləcə də, bu video çarxı TV, Facebook, İnstagram və s. bu kimi digər platfromalarda da istifadəsini həyata keçirə bilərsiniz.

360 Dərəcə Panoramik Görüntü

CompLife Azerbaijan Sizə müxtəlif nöqtələrdən 360 Dərəcə Panoramik Çəkiliş təklif edir. Bu xidmətdən yararlanaraq, Siz istənilən məkanın reklam xarakterli və ya sadəcə əyləncə üçün 360 Dərəcə Virtual Turunu əldə edə bilərsiniz. Professional kameramız vasitəsilə yüksək keyfiyyətli panoramik şəkillər alındırırıq. Bu kimi çəkilişlər müxtəlif məkanlar üçün nəzərdə tutulub: restoranlar, istirahət mərkəzləri, mehmanxanalar (hotel), avtosalonlar, muzeylər, ticarət mərkəzləri, mağazalar və s bu kimi məkanlar...