Mobil Tətbiq

Mobil Tətbiqetmə

İndiki zamanda insanlar masaüstü kompüterlərin və ya noutbukların qarşısında yox, daha çox smartfon və planşet ekranlarının qarşısında vaxt keçirirlər. Tendensiyanın dəyişməsi mobil cihaz və planşetlərlə qarşılıqlı əlaqəmizin artması, habelə, onların geolokasiya məlumatlarına, bildirişlərə, kameraya və s. çox tez keçid almalarından irəli gələn səbəbdir. Yeni texnologiyalar dalğasında qalmaq və yeniliklərə cavab vermək üçün dünyanın hər yerində şirkətlər öz bizneslərini daha səmərəli və effektiv edə biləcək öz mobil tətbiqetmələrini yaradır və işə salırlar. "CompLife Azerbaijan" şirkəti olaraq, Android və iOS üçün krossplatformada individual mobil tətbiqetmələri, həmçinin, birbaşa brauzerdə işləyən veb mobil tətbiqlərini proqramlaşdırırıq.


Mobil tətbiqetmənin hazırlanması xidmətini təqdim edən şirkətimiz, işinizin həcmindən asılı olmayaraq, hər hansı bir ideyanızı, hazır mobil tətbiqetməyə qədər çevirməyə hazırıq. Biznesinizə yeni nəfəs qatacaq və əlavə qazanc gətirəcək cəlbedici dizaynlarla mobil tətbiqetmələrini hazırlayırıq!


Mobil və ya Veb tətbiqetmənin qiyməti və dəyəri layihənin həcmindən və müştərinin fərdi istəklərindən asılıdır.

Mobil tətbiqetmənin hazırlanması irihəcmli proqram layihələri kimi çox mürəkkəb və əziyyətli proses olduğuna görə, aşağıda Sizə bu prosesin mərhələləri haqqında məlumat vermək istərdik.


Hazırlanma mərhələləri:

  1. Məhsul ideyası və Planlaşdırma
  2. Layihənin qiymətləndirilməsi və Təklif
  3. "Texniki Çalışma"-nın tətbiqi
  4. Prototipin hazırlanması
  5. Tətbiqin dizaynın hazırlanması
  6. Proqramlaşdırma
  7. Tətbiqin test edilməsi
  8. Hazır mobil tətbiqin Google Play və Appstore platformalarına yüklənilməsi